"Hulk"a bənzəmək üçün özünü bu günə saldı – FOTO
Braziliyanın San-Paulu şəhərində yaşayan 48 yaşlı Valdir Seqato adlı şəxs özünü məşhur "Hulk" obrazına bənzətmək istəyir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əzələlərini şişirtmək üçün dəri altına yağ yeridir.
5 ildir "Hulk" olmaq üçün çalışan Seqatonun əzələsi 60 sm olub.
O, bir dəfə yağın dozasını artıq etdiyi üçün ölüm təhlükəsi keçirib. Lakin, həyati risk daşımasına baxmayaraq fikrindən dönməyəcəyini söyləyib.
Mənbə:> Axşam.az