RƏQƏMSAL MARKETİNQ ÜZRƏ MÜTƏXƏSSİS TƏLƏB OLUNUR
İşəgötürən:> Nar
İş yeri:> Bakı
Cinsi:> Fərq etməz
Təhsil:> Ali
Təcrübə:> 1 ildən 3 ilə qədər
Email:> hr@azerfon.az
Tələblər:
Ali təhsil
1-2 il iş təcrübəsi
SEM, SEO, A/B Testing və Çoxvariantlı testing sahəsində işləmə təcrübəsinin olması arzuolunandır
Azərbaycan, İngilis dillərini mükəmməl bilmək, Rus dili bilənlərə üstünlük verilir
MS Office proqramlarını yaxşı bilmək
Tələb olunan yetkinliklər
Bütövlük
Müştəri yönümlü
Komanda işi və əməkdaşlıq
Nəticə yönümlü
Davamlı təkmilləşmə
Vəzifə və Öhdəliklər:
• Veb sayt məlumatlarını, trafik modelləri, resursları, konversiyaları, məzmun performansını ölçmək və analiz etmək
• Mövcud bütün məlumat bazalarından istifadə edərək onlayn istifadəçi təcrübəsinin optimizasiyası üçün tövsiyyələr vermək
• Əlaqədar 3-cü tərəflərlə Veb sayt performansının optimizasiya çalışmalarını aparmaq
• Analitika məlumatlarına əsasən davamlı inkişaf üçün prosesləri təkmilləşdirmək
• 3-cü tərəflərlə SEO işlərini aparmaq
• E-poçt məlumat bazası yaratmaq məqsədilə birbaşa rəhbərə müştəri qazanma strategiyasının qurulmasındə dəstək göstərmək və veb sayt, mobil, sosial platformalar, müştərilər, digər təmas nöqtələri vasitəsilə məlumat bazasını genişləndirmək
• E-poçt üzvlük siyahısını idarə etmək ve e-poçt marketinq işlərinin planlanması, təkmilləşdirilməsi, icrası və analizindən cavabdeh olmaq
• Müvafiq e-poçt marketinqi ilə əlaqədar prosesləri sənədləşdirmək
• Sosial media reklam kampaniyalarını planlamaq, idarə etmək və analiz etmək
• Kampaniya performansını və büdcəsini optimizasiya etmək
• Klik və konversiyaların keyfiyyətini artırmaq
• Qısamüddətli kampaniyalar və uzunmüddətli strateji prioritetlər üçün büdcəni izləmək
• 3-cü tərəflərlə koordinasiyanı təmin edərək böyük kampaniyalar üçün SEM dəstəyi vermək
Müraciətlər hr@azerfon.az elektron ünvanına göndərilməlidir
Başlıqda Rəqəmsal Marketinq üzrə Mütəxəssis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.