“Real” çempionluq yolunda ağır zərbə aldı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Real” çempionluq yolunda ağır zərbə aldı

“Real” çempionluq yolunda ağır zərbə aldı


İspaniya La Liqasında 36-cı turun oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, növbəti oyun günündə 4 qarşılaşma baş tutub.

Doğma azarkeşləri qarşısında "Real Sosyedad"ı qəbul edən "Barselona" rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Kataloniya təmsilçisi bu qalibiyyətdən sonra növbəti turda da qələbə qazanarsa. çempionluğunu rəsmiləşdirəcək.

"Barselona" ən yaxın izləyicisi olan “real” isə "Valensiya" ilə ev oyununda xal itirməklə aradakı fərqin 4-ə yüksəlməsinin qarşısını ala bilməyib. Rəqibi ilə 2:2 bərabərə qalan "Real" çempionluq yolunda ağır zərbə alıb.

Qeyd edək ki, tura bu axşam keçiriləcək “Rayo Valekano” – “Qetafe” matçı ilə yekun vurulacaq.


9 may, İspaniya La Liqası, 36-cı tur:

“Qranada” – “Kordoba” - 2:0
Qollar: Maynz, 45 (1:0), Əl Arabi, 69-pen (2:0)
Qırmızı vərəqələr: Lopez, 30, Kartabiya, 79 (hər ikisi "Kordoba")

“Atletik” (Bilbao) – “Deportivo” - 1:1
Qollar: Aduriz, 14 (1:0), Lopo, 90+3 (1:1)

“Barselona” – “Real Sosyedad” - 2:0
Qollar: Neymar, 51 (1:0), Pedro, 85 (2:0)



“Real” – “Valensiya” - 2:2
Qollar: Pako, 19 (0:1), Fueqo, 26 (0:2), Pepe, 58 (1:2), İsko, 84 (2:2)
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *