"Qarabağ" "Sevilya"ya Bakıda böyük hesabla uduzdu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ" "Sevilya"ya Bakıda böyük hesabla uduzdu – YENİLƏNİB

"Qarabağ" "Sevilya"ya Bakıda böyük hesabla uduzdu


UEFA Avropa Liqasının qrup mərhələsinin A qrupunda "Qarabağ" ilk oyununu keçirib.

Oxu.Az xəbər verir ki, komandamız Bakıda İspaniyanın "Sevilya" klubuna 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər oyununda Lüksemburqun "F91 Düdölanj" klubu Kiprdə sensasiyaya imza ataraq APOEL-ə 4:3 hesabı ilə qalib gəlib.

21.31

“Qarabağ” - “Sevilya” matçında hesab dəyişdi. Oliver Tores hesabı 3:0 həddinə çatdırdı.


22:30

“Sevilya” 78-ci dəqiqədə fərqi ikiyə çatdırdı. Munir hesabı 2:0 etdi.
22:20

“Sevilya” 62-ci dəqiqədə hesabı açdı.
“Mançester Yunayted”in sabiq hücumçusu Çiçarito cərimə zərbəsindən vurduğu qolla hesabı açdı: 1:0

20:55

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ” - “Sevilya” oyunu başlayıb.

20:13
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ” doğma meydanda “Sevilya” ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, oyunda start heyətləri açıqlanıb.
Komandalar matça aşağıdakı oyunçularla başlayacaqlar.

Avropa Liqası

A qrupu

19 sentyabr

20:55. Qarabağ - Sevilya

Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.



Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 23. Faysal Rerras.

Baş məşqçi: Qurban Qurbanov.


Sevilya: 1. Tomaş Vatslik, 11. Munir Əl-Haddadi, 12. Xules Kunde, 14. Çiçarito, 15. Alexandro Poso, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres, 22. Franko Vaskes, 24. Xoan Xordan.

Ehtiyat oyunçular: 13. Yassin Bunu, 3. Serxi Qomes, 7. Roni Lopes, 9. Munas Dabbur, 10. Ever Baneqa, 23. Serxio Reqilon, 25. Fernando.

Baş məşqçi: Xulen Lopeteqi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *