"Qarabağ" Borisova səfərdən imtina etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ" Borisova səfərdən imtina etdi

"Qarabağ" Borisova səfərdən imtina etdi

Dünəndən Minskdə olan "Qarabağ" futbol klubu Çempionların Liqasının üçüncü təsnifat mərhələsinin BATE-yə qarşı cavab oyununun keçiriləcəyi Borisov şəhər stadionunda bu günə nəzərdə tutulmuş matç öncəsi məşqə getməkdən imtina edib.

Virtualaz.org Belarus nəşri "Pressbol"a istinadən bildirir ki, Azərbaycan çempionu "Borisov-Arena"da oyundan əvvəl keçirilən ənənəvi məşq imkanından istifadə etməyib. Daha dəqiq desək, Minskdəki "Olimpiya" stadionunda məşq etməyi qərara alıb.

Borisov şəhəri paytaxt Minskdən təxminən 70 kilometr aralıda yerləşir.

Qeyd edək ki, BATE - "Qarabağ" matçı 14 avqust saat 21:00-da Borisovda start götürəcək.

Onu da qeyd edək ki, Bakıda keçirilən birinci oyunda BATE 1:0 hesabı ilə qalib gəlmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *