Azərbaycan klubunun baş məşqçisi ölkəsində federasiya prezidenti olub
Serbiya Voleybol Federasiyasına prezident seçkiləri olub.
Oxu.Az xəbər verir ki, apasport.az saytının məlumatına görə, vakant posta Azərbaycan Super Liqasında çıxış edən “Telekom”un baş məşqçisi Zoran Qayiç seçilib.
O, 26 səs toplayaraq əsas rəqibi Vladimir Qrbiçi (16 səs) qabaqlayıb.
Qeyd edək ki, İvan Miliykoviç vitse-prezident, İvan Knezeviç isə yeni baş katib olub.
Mənbə:> Oxu.Az