"Qarabağ" gəldi, istirahətə çəkildi
"Qarabağ" artıq Bakıdadı. ANS PRESS-in məlumatına görə, qış fasiləsində Antalyaya təlim-məşq toplanışına yollanan komanda 21 günlük hazırlıqlarını başa vurub.
Yanvarın 31-də Ruminiya təmsilçisi "Tarqu Mureş"lə sonuncu yoxlama oyununa çıxan "Qarabağ" dünən Antalya-İstanbul-Bakı reysiylə vətənə qayıdıb.
Baş məşqçi Qurban Qurbanov bu gün futbolçulara istirahət verib.
Sabahdan isə komanda Premyer Liqanın XX turunda qarşılaşacağı "Bakı" ilə oyunun hazırlıqlarına başlayacaq.
Mənbə:> ANSPRESS