Bakı 2015: Badminton yarışları keçirilir – YENİLƏNİB
Oxu.Az xəbər verir ki, azərbaycanlı badmintonçu Kənan Rzayev İsraildən olan Mişa Zilbermana hər iki oyunda (21:5, 21:3) məğlub olub.
10:04
Avropa Oyunlarının 11-ci günü Bakı İdman Zalında badminton yarışları keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycanı bu yarışda 2 idmançı təmsil edir.
Kişilər arasında təklər qrupunda Rzayev Kənan B qrupunda israilli Zilberman Mişa ilə üz-üzə gələcək.
Kişilər arasında cütlərin B qrupunda isə Orxan Qələndərov və Rzayev Kənan cütlüyü türkiyəli Vural Əmrə və Zorlu sinan cütlüyü ilə mübarizə aparacaq.
Yarış cədvəli belədir:
09:40 * Kişilər arasında Təklər Qrup oyun mərhələsi
12:20 * Kişilər arasında Cütlər Qrup oyun mərhələsi
12:20 * Qadınlar arasında Təklər Qrup oyun mərhələsi
13:00 * Kişilər arasında Təklər Qrup oyun mərhələsi
15:00 * Qadınlar arasında Cütlər Qrup oyun mərhələsi
16:00 Qadınlar arasında Təklər Qrup oyun mərhələsi
18:00 * Kişilər arasında Təklər Qrup oyun mərhələsi
18:40 * Kişilər arasında Cütlər Qrup oyun mərhələsi
19:20 * Qarışıq Cütlər Qrup oyun mərhələsi
20:00 * Qadınlar arasında Cütlər Qrup oyun mərhələsi
Mənbə:> Oxu.Az