"Mançester Yunayted" xal itirdi, "Benfika" Çempionlar Kubokunu qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Mançester Yunayted" xal itirdi, "Benfika" Çempionlar Kubokunu qazandı

"Mançester Yunayted" xal itirdi, "Benfika" Çempionlar Kubokunu qazandı


Üç fərqli ölkədə keçirilən Beynəlxalq Çempionlar Kubokunun builki qalibinin adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, Portuqaliyanın "Benfika" klubu doqquz xalla vaxtından erkən bu titula yiyələnib.

Buna "Mançester Yunayted"in "Milan"la 2:2 heç-heçə etməsindən sonra aydınlıq gəlib.

Belə ki, Lissabon klubu Meksikanın "Qvadalaxara" (3:0), İtaliyanın "Fiorentina" (2:1) və "Milan" (1:0) klublarına qalib gəldiyindən, bu nəticə əlçatmaz olub. İngiltərənin "Mançester Yunayted" və "Arsenal" komandaları müvafiq olaraq səkkiz və yeddi xalla yarışı başa vurub.

Qeyd edək ki, yoxlama oyunları əsasında qurulan turnirdə İspaniyanın "Atletiko", İngiltərənin "Totenhem", İtaliyanın "Yuventus" və "İnter" komandaları hələ bir oyun keçirməlidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *