Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Boks

Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm

Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm


Amerikalı boksçu Floyd Meyvezer qarışıq döyüş növləri üzrə çıxış edən rusiyalı idmançı Həbib Nurməhəmmədovla mümkün qarşılaşmanın şərtlərini özü müəyyənləşdirəcəyini bildirib.

Oxu.Az xəbər verir ki, Floyd məhz qarşı tərəfin onu döyüşə çağırdığını xatırladıb:

“Mən Həbibi döyüşə çağırmamışam, Həbib məni çağırıb. Onlar dedilər ki, qarşılaşma oktaqonda olmalıdır. Mən isə cavab verdim:


“Həbibin oktaqonda keçirdiyi döyüşə görə 9 rəqəmli qonorarını mənə göstərin. Əgər bu qədər pul qazana bilmirsə, görüşümüzün harada baş tutmasına dair qərar vermək ixtiyarına malik deyil. Əsas mənəm. Döyüş istəyirsinizsə, mənim qaydalarımla oynamalısınız”.

Xatırladaq ki, oktyabrın 17-də Meyvezer Nurməhəmmədovla boks qaydaları ilə döyüşməyə hazır olduğunu bildirib. Lakin Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Deyna Uayt deyib ki, döyüş yalnız UFC-də baş tuta bilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *