“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib – VİDEO
İyunun 19-da UEFA-nın baş qərargahında Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin oyunlarının püşkatması keçirilib.
Oxu.Az xəbər verir ki, püşkatmada Azərbaycanın “Qarabağ” klubunun rəqibi müəyyənləşib.
Çempionlar Liqasındakı yoluna ilk mərhələdən başlayan ağdamlılar 1-ci qrupa düşüb.
Qurbanovun yetirmələrinin rəqibi Sloveniyanın “Olimpiya” komandası olub.
Qeyd edək ki, təsnifat mərhələsinin ilk matçları 10/11 iyulda keçiriləcək.
Mənbə:> Oxu.Az