Zabit Səmədov Avropanın “Krallar Kralı” oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Boks, Video

Zabit Səmədov Avropanın “Krallar Kralı” oldu – VİDEO

Zabit Səmədov Avropanın “Krallar Kralı” oldu

Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri başa çatıb.

Virtualaz.org-un məlumatına görə, ötən gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub.

Beş raundun hamısı idmançımızın üstünlüyü şəraitində keçib. Görüşün bütün üç hakimi qələbəni Səmədova verib – 50:46. Bununla da o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın “Əhməd”klubu adından “Mercedes” avtomobili bağışlanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *