"Qarabağ" qrupdan çıxa bilər - UEFA açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Qarabağ" qrupdan çıxa bilər - UEFA açıqladı

"Qarabağ" qrupdan çıxa bilər - UEFA açıqladı


Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" 3 turdan sonra aktivinə 1 xal yazdırıb.

AzNews.info apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi "ölüm qrupu"nda son pillədə qərarlaşmasına baxmayaraq, hələ də növbəti mərhələ şansını qoruyur.

Belə ki, qitə futbol qurumu "Qarabağ"la yanaşı, ilk 3 turda qələbə qazana bilməyən komandaların 1/8 final mərhələsinə adlayacaqlarını istisna etməyib. Bununla bağlı yazı hazırlayan UEFA yaxın keçmişdə analoji vəziyyətlə üzləşib qrupdan çıxan komandaları örnək göstərib.

Hazırda Azərbaycan çempionu ilə bərabər "Benfika", "Anderlext", "Atletiko", "Olimpiakos", "Maribor", "Feyenoord", "Monako", APOEL və Dortmund "Borussiya"sı qrup mərhələsinin ilk dövrəsindən sonra qalibiyyət üzü görməyən klublardır.

2003-04 mövsümündən bəri isə 11 komanda eyni duruma düşməsinə baxmayaraq, qrupu ilk iki sırada tamamlamağı bacarıb. Bunlar "Arsenal" (2003-04), "Selta" (2003-04), "Porto" (2004-05), "Verder" (2005-06), "Liverpul" (2007-08), "Panatinaikos" (2008-09), "Ştutqart" (2009-10), "Qalatasaray" (2012-13), "Mançester Siti" (2014-15), "Gent" (2015-16) və "Roma"dı (2015-16). Adıçəkilən klublardan göstərilən mövsümlərdə 8-i 1/8 finalda mübarizəni dayandırıbsa, "Arsenal" və "Qalatasaray" 1/4-ə, "Liverpul" isə yarımfinala qədər irəliləməyi bacarıb.


UEFA ilk 3 turda 7 xal toplayan "Çelsi", "Real" və "Tottenhem"i arxayınlaşmamağa da dəvət edib. Çünki vaxtilə Moskva MOİK-i (2006-07), "Marsel" (2007-08), "Reyncers" (2007-08) və "Porto" (2015-16) uğurlu start götürərək 2 qələbə, 1 heç-heçəlik nəticə göstərsələr də, sonda qrupda qalıblar.

Həmçinin ilk 3 turda aktivinə 2 qələbə yazdıran "Bazel", "Bavariya", "Yuventus" və Donetsk "Şaxtyor"u da çox öyünməsinlər. Əks təqdirdə "Ayaks" (2003-04), Kiyev "Dinamo"su (2003-04) və Donestk "Şaxtyor"unun (2007-08) aqibəti ilə üzləşərlər.

Statistika onu deməyə əsas verir ki, hazırda 9 xala malik olan "Mançester Yunayted", PSJ, "Barselona", "Mançester Siti" və "Beşiktaş" mütləq 1/8 final mərhələsinə adlayacaqlar.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *