“Əsrin döyüşü”: Meyuezer Makqreqora qalib gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Boks, Video

“Əsrin döyüşü”: Meyuezer Makqreqora qalib gəldi – VİDEO

“Əsrin döyüşü”: Meyuezer Makqreqora qalib gəldi


Amerikalı boksçu Floyd Meyuezer irlandiyalı Konor Makqreqora qalib gəlib.

Oxu.Az-ın məlumatına görə, döyüş Las-Veqas şəhərində (Nevada ştatı, ABŞ) birinci orta çəki dərəcəsi (69 kiloqrama qədər) çərçivəsində baş tutub.

Hakim döyüşü onuncu raundda saxlayıb. Meyuezer texniki nokautla qələbə qazanıb.

Bu döyüşə görə Meyuezerə 100 milyon dollar, Makqreqora isə 30 milyon dollar veriləcək. Bu məbləği idmançılar döyüşün nəticəsindən asılı olmayaraq alacaqlar. Buraya qələbəyə görə bonuslar, həmçinin bilet satışından və canlı yayımdan əldə edilən məbləğin faizləri (pay-per-view) daxil edilməyib.

Qeyd edək ki, 40 yaşlı Meyuezer professional rinqdə keçirdiyi bütün 50 döyüşdən qalib ayrılıb. Sonuncu döyüşünü o, 2015-ci ilin sentyabr ayında keçirib.

29 yaşlı Makqreqorun hesabında isə MMA-da 24 döyüş var. İrlandiyalı 21 dəfə qələbə qazanıb, üç dəfə məğlub olub. Boksda isə bu Makqreqorun ilk döyüşü idi.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *