Futzal üzrə Azərbaycan yığması Albaniyanı darmadağın edib
Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin "B" qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb.
AzNews.info Report-a istinadan xəbər verir ki, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Bununla da ardıcıl ikinci qələbəsini qazanan Biro Jadenin baş məşqçisi olduğu komanda 6 xalla vahid liderə çevrilib. Azərbaycan millisi ilk turda da Bosniya və Herseqovinanın qapısından 5 top keçirmişdi - 5:4.
Qrupda 2-ci turun digər oyununda Macarıstan Bosniya və Herseqovinaya qalib gələ bilməyib - 2:2. Bu isə o deməkdir ki, aprelin 11-də Macarıstanla qarşılaşmada Azərbaycan yığmasını heç-heçə də qane edəcək. Bu halda meydan sahibləri qrup qalibi kimi birbaşa 2018-ci ildə Sloveniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcəklər.
Avropa çempionatı, əsas seçmə mərhələ
"B" Qrupu
18:30. Azərbaycan - Albaniya - 5:0
Qollar: Everton Kardozo, 3. Eduardo, 26. Vassura, 27. Namiq Məmmədkərimov, 35. Xətai Bağırov, 36
Mənbə:> Report