Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində qrup lideri olub » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində qrup lideri olub – VİDEO

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində qrup lideri olub


Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
AzNews.info APA-ya istinadan xəbər verir ki, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirə bilib. Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməyən futbolçularımız tilsimi qıra bilib. Bakı Olimpiya Stadionunda baş tutan görüş Robert Prosineçkinin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ev oyunundakı qələbə komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib.

DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
C qrupu
II tur
8 oktyabr
Azərbaycan - Norveç - 1:0


Qol: Maksim Medvedev, 12

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)

Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)

Bakı Olimpiya Stadionu

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *