“Qalatasaray”ın baş məşqçisi istefa verdi
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Mustafa Dənizli istefa verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat klubun rəsmi sytında yerləşdirilib.
Klub rəhbərliyi Mustafa Dənizliyə gördüyü işlərə görə təşəkkürünü bildirib.
Qeyd olunub ki, komandaya müvəqqəti olaraq “Qalatasaray”ın 21 yaşlılardan ibarət komandasının baş məşqçisi Orhan Atik rəhbərlik edəcək.
Mənbə:> Oxu.Az