Lənkəranda ara qarışdı – VİDEO
Topaz Premyer Liqasında XIII turun qarşılaşmaları davam edir.
AzNews.info futbolinfo.az-a xəbər verir ki, "Xəzər Lənkəran" doğma meydanda əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib.
Hazırda Lənkəran klubunun mərkəzi stadionunda keçirilən "Böyük oyun"da ara qarışıb. Belə ki, ev sahiblәrinin futbolçusu Rasim Ramaldanov zәdәlәnib, yerdә qalsa da, qonaq komandanın yarımmüdafiәçisi Elşәn Abdullayev topu meydandan çıxarmayıb. Epizodun davamında top künc xәttindәn meydanı tәrk edib.
Bundan sonra lәnkәranlıların kapitanı Rahid Әmirquliyev Abdullayevә sәrt şәkildә etirazını bildirib. Nәticәdә ara qarışıb. Lakin hakimin vә digәr futbolçularından müdaxilәsindәn sonra tərəflər sakitlәşib.
Bir qədər sonra matçda yenə gərginlik yaşanıb. Bu dәfә Kamran Abdullazadә vә Erik Ramos mübahisә edib. Gәrginliyi isә referi Әliyar Ağayev sakitlәşdirib.
Qeyd edək ki, oyun qonaqların 0-2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bundan iki saat sonra isə diqqətlər Bakıya yönəlib. Liderlər sırasında yer alan "Zirə" digər paytaxt təmsilçisi, son pillədə qərarlaşan "Rəvan"ın qonağı olub. Görüş qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Mənbə:> Futbolinfo.az