Millimiz ili qələbəylə başa vurdu – VİDEO
Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız 2015-ci ilin son oyununda Moldova ilə qarşılaşıb.
9-cu dəfə üz-üzə gələn komandaların yoxlama oyunu Bakı Olimpiya Stadionunda baş tutub. Bu qarşılaşma millimizin Robert Prosineçkinin rəhbərliyi altında evdə keçirilən ilk yoxlama matçıdı.
Sonuncu dəfə 8 ay əvvəl Maltanı 2:0 hesabı ilə məğlub edən komandamız 6 matçlıq qələbə həsrətini bu oyunda sonlandırıb. Bu həm də yığmamızın Olimpiya Stadionunda keçirdiyi ikinci matçında ilk qələbəsi olub. Bununla da Robert Prosineçkinin yetirmələri ili qələbə ilə başa vurub.
Yoldaşlıq oyunu
17 noyabr
Azərbaycan – Moldova - 2:1
Qollar: Katalin Karp, 32 (öz qapısına), Ağabala Ramazanov, 49 - Aleksandr Antonyuk, 43
Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (hamısı Gürcüstan), Rauf Cabbarov (Azərbaycan)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Səlahət Ağayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 22. Əfran İsmayılov, 7. Rəhman Hacıyev, 19. Rahid Əmirquliyev, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Aqil Məmmədov, 3. Maqomed Mirzabekov, 11. Tuğtul Erat, 16. Tərlan Quliyev, 17. Rəşad Eyubov, 18. Ağabala Ramazanov, 20. Elşən Rzazadə, 25. Ürfan Abbsov
Moldova: İlya Çebanu, İqor Armaş, Katalin Karp, Viktor Qolovatenko, Vitali Bordiyan, Yan Jardan, Aleksandr Dedov, Andrey Kojokar, Aleksandr Antonyuk, Aleksandr Onika, Maksim Potırnike
AzNews.info oyunun görüntülərini oxucularına təqdim edir:
Mənbə:> Apasport.az