Azərbaycanlı idmançıdan parlaq qələbə » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Boks

Azərbaycanlı idmançıdan parlaq qələbə – FOTO

Azərbaycanlı idmançıdan parlaq qələbə


Çinin Ninboa şəhərində K-1 üzrə Top King turnirinin növbəti mərhələsinin görüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan idmançısı, "Best of the Best" promoşn qrupunun üzvü Xəyal Caniyev italyan əsilli Peru təmsilçisi Serjio Madzettini məğlub edib.

Gərgin keçən görüşdə idmançımız Madzettiyə şans verməyərək xal hesabında uğur qazanıb.

Bu qələbə sayəsində Caniyev mötəbər «Top King World Series» turnirində yarımfinala vəsiqə qazanıb. Top King-in ən güclü dörd idmançısı dekabrın 26-da Tailandda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, "Best Of the Best"in idmançısı Xəyal Caniyev iyulda Tailand boksunun canlı əfsanəsi Buakav Bençamek üzərində parlaq qələbə qazanıb.

Bundan sonra idmançımız Laosda alban Eddi Patsini məğlub edib.

Azərbaycanlı idmançıdan parlaq qələbə
Azərbaycanlı idmançıdan parlaq qələbə

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *