Millimiz darmadağın edildi
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının (AÇ-2017) seçmə mərhələsində 4-cü turun oyuna çıxıb.
Oxu.Az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri səfərdə Avstriya yığmasının qonağı olub.
Avstriya millisi yığmamızın qapısında 7 cavabsız qol keçirib.
Xatırladaq ki, ötən ay bu komandalar arasında Bakıda keçirilən oyunda yığmamız 0:2 hesabı ilə uduzmuşdu.
Mənbə:> Oxu.Az