“Strategy Analytics”: Smartfonların sayı 3 milyarda yaxınlaşacaq » AzNews.info -Xəbər portalı

“Strategy Analytics”: Smartfonların sayı 3 milyarda yaxınlaşacaq

“Strategy Analytics”: Smartfonların sayı 3 milyarda yaxınlaşacaq


“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, cari ildə dünyada istifadə edilən smartfonların sayı 3 milyarda yaxınlaşacaq.

Ekspertlər məlumat veriblər ki, hələ 4 il bundan əvvəl bu göstərici 1 milyard idi. 2 il sonra istifadə edilən “ağıllı” mobil telefonların sayı 2 milyard təşkil edib.

AzNews.info “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislərin proqnozuna görə, cari ildə istifadəçilər tərəfindən istifadə edilən smartfonların sayı daha 13% artaraq 3 milyard təşkil edəcək. 2020-ci ildə bu göstərici 4 milyardı ötəcək.

Məlumata görə, dünyada “Android” sistemi ilə işləyən aparatlara tələbat yüksəkdir. “iOS” sistemi populyarlığa görə ikinci yerdə qərarlaşıb, ən böyük smartfon istehsalçısı olan “Samsung Electronics” şirkətinin “Tizen” mobil əməliyyat sistemi qarşıdakı 6 ildə ən sürətli inkişaf edən mobil platformalardan biri olacaq.

“Strategy Analytics” şirkətindən bildirilib ki, təxminən 2018-ci ildə Çində “Linux” sistemi əsasında yaradılmış şəxsi əməliyyat sistemləri istifadəyə veriləcək.

Mənbə: ICTnews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *