Yapon mühəndisdən maraqlı kəşf – FOTO
“Google”un yapon mühəndisi kəşfi ilə dünyanın diqqət mərkəzinə düşməyi bacarıb.
ANS PRESS-in məlumatına görə, “Google”da proqramçı-mühəndis kimi işləyən Ken Kovamoto hava proqnozunu əvvəlcədən müəyyən edə biləcək qurğu hazırlayıb.
Ken Kovamotonun “Tempeskop” adını verdiyi bu qurğunun işləmə prosesi çox sadədir. Belə ki, cihaz ertəsi gün olacaq hava durumunu şüşə qutu içərisində canlı olaraq göstərir. Yəni, əgər ertəsi gün yağış yağacaqsa, temeskopun içərisində kiçik buludlar əmələ gəlir və yağış yağmağa başlayır.
İnternetdəki hava durumu məlumatları ilə işləyən bu cihazda hələlik qar yağması mümkün deyil. Yapon mühəndis bunu maraqlı hədiyyə axtaran insanlar üçün hazırladığını bildirib.
Mənbə:> ANSPRESS