Bu günün tarixi (26.04.2015) » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Tarix

Bu günün tarixi (26.04.2015)

Bu günün tarixi (26.04.2015)


Miladi: 26 aprel 2015
Hicri: 7 Rəcəb 1436

İlin 116-cı günü
İlin sonuna 249 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.32
Günəş - 06.48
Zöhr - 13.43
Əsr - 18.04
Məğrib – 20.44
İşa – 22.11

1828 - İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə - Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza - İrəvan xanlığına və Gürjüstana köçürüldü.

1894-cü ildə Hitlerin müavini və Faşist Almaniyasında Gerinqdən sonra 3-cü şəxs Rudolf Hess dünyaya gəlib

1900-cü ildə Amerikalı alim Çarlz Rikter dünyaya gəlib

1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayev (1908-1978) Ərdəbildə anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəlimlər İnstitutunu, KazanŞərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. "Bir gəncin manifesti" romanının, povest və hekayələrin müəllifidir.

1986 – Çernobl hadisəsi baş verdi.

1994-cü ildə Çin Xalq Respublikasına (ÇXR) aid təyyarə Yaponiyada qəzaya uğradı, 264 nəfər öldü

2001 - İstanbulda türkdilli dövlət (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) başçılarının 7-ci zirvə görüşü (1992-ci ildən etibarən) keçirilib. Azərbaycan
tərəfi sammitin yekun sənədinə Ermənistanın işğalçılığını pisləyən bənd təklif etsə də, Orta Asiya liderləri sənədi siyasiləşdirmək istəmədiklərini əsas gətirərək onu qəbul etməyiblər.

2007 – Pekində Olimpiya Oyunlarının atəşi yandırıldı.

2006 - Prezident İlham Əliyevin Birləşmiş Ştatlara rəsmi səfəri başlayıb. Səfər gedişində Ağ evdə ABŞ və Azərbaycan prezidentlərinin görüşündə (28 aprel) ikitərəfli strateji tərəfdaşlığın geniş spektri müzakirə olunub. Azərbaycan rəhbəri Konqresdə, Amerika işgüzar dairələrində görüşlər keçirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *