Britaniyalı cərrah pasiyentlərin qaraciyərinə “imza” qoyurmuş
Britaniyalı cərrah Saymon Bremholl xəstələrin daxili orqanlarında öz “imzasını atmaqda” ittiham olunur.
AzNews.info-nun Trend-ə istinadla məlumatına görə, 53 yaşlı həkimin bir neçə il əməliyyat zamanı xəstələrin qaraciyərində arqon şüası vasitəsilə öz inisiallarını yazdığı ortaya çıxıb.
Bu əməllər üzə çıxdıqdan sonra həkim cərrahlıq fəaliyyətindən uzaqlaşdırılıb və məhkəmə qarşısına çıxarılıb.
S.Bremholl iki xəstənin qaraciyərində qanaxmanın qarşısının alınması üçün lazerlə “yandırma” həyata keçirdiyini və öz adının baş hərflərini yazdığını etiraf edib.
Mənbə:> Trend