Ərdoğanın başına kəklik qondu
Türkiyə prezidenti Rəcəb Tayiyib Ərdoğanın Hacı Hafiz Yusif Yılmaz məscidinin açılışında başına kəklik qonub.
Oxu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tikintisi üç il davam edən məscidin layihəsi Ərdoğanın iştirakı ilə hazırlanıb.
Ərdoğan özü məscidi “bizim sivilizasiyanın möhürünü daşıyan möhtəşəm tikili adlandırıb”, və onun turist və dindarları cəlb edəcəyinə ümid etdiyini vurğulayıb.
Mərasimin sonunda türkiyə prezidenti ənənəvi olaraq göyərçinlərlə dolu qəfəsin ağzını açıb və quşları azadlığa buraxıb.
Bu zaman prezidentə qəflətən kəklik hücum edib. Lakin mühafizəçilərin köməyi ilə tez bir zamanda kəkliyi prezidentdən uzaqlaşdırmaq mümkün olub.
Mənbə:> Oxu.Az