Dünya şöhrətli azərbaycanlı musiqiçinin anım günüdür » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Mədəniyyət

Dünya şöhrətli azərbaycanlı musiqiçinin anım günüdür

Dünya şöhrətli azərbaycanlı musiqiçinin anım günüdür


Bu gün dünya şöhrətli müsiqiçi Mstislav Rastropoviçin anım günüdür. Dahi musiqiçi 8 il bundan öncə - 2007-ci ilin aprel ayının 27-si, ömrünün 80-ci baharında dünyasını dəyişib.

Mstislav Rastropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. Atası Leopold Rastropoviç qismən belarus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rastropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirib. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violonçel ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violonçelin incəliklərini öyrənir.

1943-1948-ci illərdə Rastropoviç Moskva konservatoriyasında təhsil alır və sonralar, daha dəqiq desək 1956-cı ildə bu konservatoriyanın violonçel ifaçılığı şöbəsində professor təyin edilir. Rastropoviç Moskva konservatoriyasına cəmi 16 yaşında qəbul olur və burada piano və violonçel ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri Şostakoviç və Sergey Prokofyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar. Rastropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülməklə istedadlı violonçel kimi nəzər-diqqətləri cəlb edir.

Həm dirijor, həm də vilonçel ifaçı olan Rastrapoviç Stalin (1966) və Lenin (1951 və 1964) mükafatları laureatı, 1992-ci ildə isə Dövlət mükafatı laureatı olub. Ümumilikdə 50-yə yaxın mükafata layiq görülüb. O, tək musiqiçi kimi yox, mənəvi azadlıq, insan hüquqlarını qoruyan şəxs kimi də məhşur idi.

1974-cü ildə Rastropoviç Qərbin ilk aparıcı dirijorlarından biri idi. 17 il ərzində o, Vaşinqtonda Milli Simfoniya Orkestrinin bədii rəhbəri olub, fasiləsiz dirijorluq edib. Müntəzəm olaraq o, Berlin Filarmoniyasında, Boston simfonik Orkestrində, London Filarmoniyasında, London simfonik Orkestrində qonaq olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *