Keçmiş bankirin klubunda şok: bütün əcnəbilər çıxıb getdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Futbol

Keçmiş bankirin klubunda şok: bütün əcnəbilər çıxıb getdi

Keçmiş bankirin klubunda şok: bütün əcnəbilər çıxıb getdi


Çempionatın XXXIV turu çərçivəsində “Bakı” ilə (4:0) dünən keçirilən qarşılaşmadan sonra qalan əcnəbilər də vətənlərinə yola düşüblər. Dünənə qədər düşərgədə olan Pavel Kapsa, Xuan Alvarado, Adam Banaş, İdan Vaytsman və Draqan Çeran görüşdən dərhal sonra Gürcüstana, ordan isə vətənlərinə yollanıblar.

Əsas heyətdə çıxış edən yerli futbolçular da bu matçdan sonra düşərgəni tərk etməyi qərara almışdılar. Lakin sonradan qərarlarını dəyişən yerlilər son iki turda da meydançaya çıxacaqlar. Onlar artıq Zaqatala ilə vidalaşıblar və yalnız oyunların keçirilməsinə iki gün qalmış Bakıda bir araya gəlib məşq edəcəklər (apasport.az).

Qeyd edək ki, “Simurq” çempionatın son iki turunda AZAL və “Xəzər Lənkəran”ın qonağı olacaq.

"Simurq" Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin patronajlığı altındadır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *