Bakıda polislər qəzaya düşdülər
Bakıda DİN əməkdaşı gecə saatlarında qəzaya düşüb.
AzNews.info xəbər verir ki, “Qafqazinfo”nun verdiyi məlumata görə, Nizami rayonu, Q.Qarayev prospektində bir neçə gün öncə baş verən qəzada 3 nəfər yaralanıb.
DİN Baş Mühafizə İdarəsinin “Azərneftyağ” Neft Emalı Zavodunun Mühafizə Şöbəsinin manqa komandiri serjant, 1986-cı il təvəllüdlü Oqtay Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı sakini 1964-cü il təvəllüdlü Şahin İsmayılovun idarə etdiyi “Nissan” markalı maşın toqquşub.
Hadisə nəticəsində serjantın sərnişinləri “Azneftyağ”ın Mühafizə Şöbəsinin polisi 1985-ci il təvəllüdlü Razim Şirinov, 1991-ci il təvəllüdlü Anar Yusifov və onun qardaşı 1994-cü il təvəllüdlü Elnur xəsarət alıb.
Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Polis R.Şirinovun vəziyyəti ilkin olaraq orta-ağır kimi qiymətləndirilib.
Mənbə:> Qafqazinfo.az