Bakıda güclü külək 40-a yaxın ağacı aşırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda güclü külək 40-a yaxın ağacı aşırdı – YENİLƏNİB

Bakıda güclü külək 40-a yaxın ağacı aşırdı

Bakıda ötən gecədən əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 40-a yaxın ağac aşıb və bir neçə ağacın budağı sınıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birliyin heyəti hazırda gücləndirilmiş iş rejimində çalışır və aşan ağacların ərazilərdən götürülməsi üçün iş aparır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraiti kəskin olacaq. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

* * *17:08

Sumqayıtda ağac avtomobilin üstünə aşıb.

Hadisə Sumqayıt şəhəri, 18-ci mikrorayonda baş verib. Aşan ağac 50-CE-953 dövlət nömrə nişanlı "Jiquli" markalı avtombilin üstünə düşüb.

Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Bakıda güclü külək 40-a yaxın ağacı aşırdı

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *