Bakıdakı məktəblərin birində Yeni il şənliyinə biletlər satıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Təhsil

Bakıdakı məktəblərin birində Yeni il şənliyinə biletlər satıldı

Bakıdakı məktəblərin birində Yeni il şənliyinə biletlər satıldı

Bakıda 194 nömrəli tam orta məktəbin şagirdlərinin valideynləri onlara Yeni il şənliyi üçün biletlərin satılmasından narazılıq ediblər. Yeni il şənliyi üçün şagirdlərə biletlər paylanılıb.

194 nömrəli tam orta məktəbdən verilmiş məlumata görə isə, məktəb rəhbərliyi Yeni il şənliyi üçün biletləri valideynlərin xahişi ilə sinif rəhbərlərinə paylayıb:

"Bu gün sinif rəhbərləri ilə iclas keçirilmiş, bütün biletlər geri götürülmüşdür. Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq. Həmçinin tədbirin tamamilə təxirə salınması üçün sinif rəhbərlərinə göstəriş verilib".


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur:

"Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *