Rusiyada sərxoş qadın uşağını eyvandan atdı
Kareliyada 20 yaşlı sərxoş qadın azyaşlı qızını ikinci mərtəbədən ataraq yatmağa gedib.
Oxu.Az xəbər verir ki, hadisə oktyabrın 26-na keçən gecə Borovoy qəsəbəsində baş verib.
Uşaq yüksəklikdən yerə düşsə də, sağ qalıb. Qonşuların sayıqlığı nəticəsində o, küçədə qalaraq donmayıb və xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.
Qadın barəsində isə cinayət işi açılıb.
Mənbə:> Oxu.Az