Bu gün Mars-Yer qarşıdurması baş verəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı

Bu gün Mars-Yer qarşıdurması baş verəcək – 15IL SONRA YENIDƏN

Bu gün Mars-Yer qarşıdurması baş verəcək


Qırmızı planet səmada çox parlaq, qırmızı ulduz kimi görünəcək

İyulun 31-də Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq. Milli Elmlər Akaademiyasından verilən məlumata görə, bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək.

Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında baş verərsə 50-60 milyon kilometrədək qısalır. Marsın belə qarşıdurması orta hesabla 13-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.

Sonuncu böyük qarşıdurma 2003-cü il avqustun 28-də baş verib. Bu zaman yaxınlaşma 55.8 milyon kilometrə çatıb.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci il sentyabrın 16-na təsadüf etməsi gözlənilir. Bu il isə həmin yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşəcək və bir saat 44 dəqiqə davam edəcək.

Mənbə: İstiPress
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *