Binəli Yıldırım intiharın qarşısını aldı – VİDEO
Artıq səlahiyyətləri başa çatan Türkiyənin son baş naziri Binəli Yıldırım ötən gün İstanbuldakı “15 iyul Şəhidlər Körpüsü”ndən keçərkən bir nəfərin özünü körpüdən ataraq intihar etmək istədiyinin şahidi olub.
Yenicag.az xəbər verir ki, o, dərhal avtomobilini saxlayıb və intihar etmək istəyən şəxsin yanına gedib. Sabiq baş nazir T.T. adlı həmin şəxsi fikrindən daşındırıb və özü ilə apararaq qonaq edib.
Məlum olub ki, 40 yaşlı həmin şəxs qardaşları ilə münasibətlərinin gərgin olması səbəbindən intihar etmək fikrinə düşüb. O, avtomobillə körpüdən keçərkən qəfildən yerə atılıb və nəticədə müxtəlif dərəcəli xəsarətlər də alıb. Bu üzdən də B.Yıldırım görüşdən sonra onu xəstəxanaya yola salıb.
Mənbə:> Yeniçağ.az