Qarsda əsgərləri daşıyan avtobus polis maşını ilə toqquşdu: 16 yaralı var
Əsgərləri daşıyan sərnişin avtobusu ilə bu gün Qarsa gələcək olan baş nazir Binəli Yıldırımın təhlükəsizliyi üçün xidmət edən polis maşını toqquşub.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, qəzada 16 əsgər və 2 polis yaralanıb.
Xəstəxanaya müayinə üçün gedən əsgərləri aparan avtobusla polis maşını saat 10:30 radələrində qəzaya düşüblər.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Qəza ilə bağlı araşdırma davam edir.
Əsgərləri daşıyan avtobus polis maşını ilə toqquşdu: 16 yaralı var - FOTO
Əsgərləri daşıyan avtobus polis maşını ilə toqquşdu: 16 yaralı var - FOTO
Mənbə:> Milli.Az