Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır » AzNews.info -Xəbər portalı

Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır

Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır

Mayın 24-dən 25-nə keçən gecə Ermənistan Respublikasının Moskvadakı səfirliyinin ərazisində federal əhəmiyyətli abidənin – XVII-XIX əsrlərə aid Lazarevlərin şəhər malikanəsinin iki mərtəbəli xidməti korpusunun söküntüsünə başlanıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Arxnadzor” (memarlıq abidələrinin qorunmasına nəzarət edən təşkilat) ictimai hərəkatı Ermənistan səfiri V.S.Tonoyanın ünvanına müraciət yollayıb ki, qanunsuz söküntü işləri dərhal dayandırılsın. Eyni zamanda, fəallar Moskva şəhəri Mədəni irs departamentinə də çağırış ediblər ki, abidənin qorunub saxlanması üçün təxirəsalınmaz tədbirlər görülsün.

Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır


“Mayın 24-dən 25-nə keçən gecə Ermənistan Respublikasının səfirliyinin ərazisində gecə vaxtı federal əhəmiyyətli, Erməni döngəsi, ev 2, tikili 1 ünvanında yerləşən “Lazarevlər evinin xidməti” memarlıq abidəsinin əllə söküntü işlərinə başlanıb. Bu tikilinin mühafizə olunan hissəsinə onun XVII-XIX əsrlərə aid fasad örtüyünün materialı və tikinti üslubu” aiddir. Həmçinin abidə kimi “əsas divarların, arakəsmələrin və örtüklərin konstruksiyası və materialı” qorunur”, - “Arxnadzor”un müraciətində deyilir.

Şəhərin müdafiəçiləri bildirirlər ki, abidənin divarlarının və arakəsmələrinin söküntüsü və ya dağıdılması onun bilərəkdən məhv edilməsi kimi görünür, başqa sözlə, bu, Rusiya Federasiyasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət əməlidir. Moskvada mədəni irsə aid obyektlərdə hər hansı işlər Mədəni irs departamentinin timsalında şəhərin hökuməti ilə razılaşdırılmalıdır.

Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır


“Hörmətli cənab səfir! Sizi memarlıq abidəsinin söküntüsü üzrə işləri dərhal dayandırmağa çağırırıq... Səmimiyyətlə inanırıq ki, Ermənistan səfirliyi Moskvada tarixi abidənin dağıdılmasına yol verməyəcək”, - “Arxnadzor”un üzvləri bildiriblər.

Moskva hökumətinin Mədəni irsin mühafizəsi departamenti görülən işlərlə bağlı hər hansı sənədin təqdim edilmədiyini bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *