Nərimanov rayonunda mərmi partlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Nərimanov rayonunda mərmi partlayıb

Nərimanov rayonunda mərmi partlayıb

Bakının Nərimanov rayonunda “Çermet” adlanan ərazidə partlayış baş verib. Virtualaz.org xəbər verir ki, əlvan metal qəbulu məntəqəsində mərmi partlayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ağır yaralanb.

Bununla yanaşı, redaksiyamız əlvan metal qəbulu üzrə bir məntəqədə çəkilmiş sensasion video əldə edib. Bu videoda bir yerə toplanmış partlamamış sursatlar görünür və heç bir təhlükəsizlik tədbirlərindən söhbət belə getmir.

Maraqlıdır ki, Azərbaycan ərazisində partlamamış silah-sursatın zərərsizləşdirilməsi ilə ANAMA adlı qurum məşğul olur və bütün belə mərmilər Müdafiə Nazirliyinin və FHN-in mütəxəssislərinin nəzarəti altında dərhal məhv edilməlidir. Lakin anlaşılmaz səbəblər üzündən tonlarla mərmi Bakının mərkəzində adi bir əlvan metal qəbulu məntəqəsində toplanıb.

Bunu necə qiymətləndirmək olar? Təxribat, yoxsa cinayətkar səhlənkarlıq? Axı heç kimə sir deyil ki, bu mərmilər cinayətkarların və potensial terrorçuların əlinə düşə bilər.

Bugünkü partlayışdan artıq bir nəfər zərər çəkib. Daha böyük bəlalardan isə bizi hələlik Allah qoruyur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *