Bakıda “AzSamand” avtomobili yandı

Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
FHN-dən verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 6 m2 olan, taxtadan ibarət köşkün yanar konstruksiyaları, "AzSamand" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri, salonunun qabaq oturacağı, şiti qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Mənbə: Virtualaz.org