Rusiyalı teleaparıcı özünü güllələyərək intihar edib
Rusiyanın “ТВ Центр” telekanalının rəhbərlərindən biri, teleaparıcı Boris Notkinin Moskva vilayətindəki evində meyiti aşkarlanıb. Jurnalistin cəsədini həyat yoldaşı tapıb. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, teleaparıcı özünü güllələyərək intihar edib.
Bildirildiyinə görə, bu yaxınlarda jurnalist xərçəng xəstəliyi olduğunu öyrənib. Həkim ona çox gec müraciət etdiyini, xəstəliyin 4-cü mərhələdə olduğunu deyib.
İki həftə öncə Boris Notkin həyat yoldaşı ilə birlikdə özünümüdafiə məqsədini bəhanə edərək silah alıb. Teleaparıcı həmin silahdan başına atəş açıb.
İntihardan əvvəl jurnalistin yazdığı məktubda aşağıdakılar qeyd olunub: “Həyatdan könüllü gedirəm. Əzabdan yorulmuşam”.
Mənbə:> virtualaz.org