“Qarabağ”ın futbolçusuna ağır itki üz verib – FOTO
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Donald Geryenin 1 yaş 6 aylıq körpəsi dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, 28 yaşlı futbolçunun Miah adlı qızı ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Donald Gerye bu yay “Alanyaspor”dan “Qarabağ”a keçib. “Transfermarkt”ın 800 min avro qiymət qoyduğu haitili yarımmüdafiəçi Çempionlar Liqasında 2 qol vurub.
Mənbə:> Oxu.Az