Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olub
Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Report Ukrayna KİV-nə istinadən bildirir.
Məlumata əsasən, əvvəlcə onlar arasında mübahisə yaranıb, sonradan bu, münasibətlərin ayırd edilməsinə keçib.
Odessa polisi məsələni araşdırır. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Mənbə:> Oxu.Az