Rusiyada azərbaycanlıların yaşadığı ev yanıb kül oldu
Cümə günü, aprelin 28-də, Rusiyanın İvanovo vilayətinin Kineşma şəhərində azərbaycanlı ailənin yaşadığı ev yanaraq tamamilə yararsız hala düşüb.
Virtualaz.org yerli kineshemec.ru saytına istinadən xəbər verir ki, yanğınsöndürənlər baş vermiş hadisə ilə bağlı ilk xəbəri yerli vaxtla saat 16:24-dıə alıblar (Bakı vaxtı ilə saat 17:24). Cəmi 20 dəqiqədən sonra taxta evdə və onun yaxınılığındakı hamamda alov söndürülüb.
Yanğın evin 62 kvadrat metrlik sahəsini əhatə edib. Xoşbəxtlikdən, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə 29 nəfər xilasedici və 9 vahid texnika cəlb edilib.
Mənbə:> Virtualaz.org