Sevgilisini Türkiyəyə çamadanda keçirmək istədi
Türkiyənin Artvin vilayətində gömrükçülər çamadanda sevgilisini sərhəddən keçirməyə cəhd göstərən Gürcüstan vətəndaşını saxlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, fevralın 20-də Daily Sabah nəşri yazır.
Hadisə Türkiyənin Hopa şəhərində, Sarpi nəzarət-keçid məntəqəsində qeydə alınıb.
Gürcüstan vətəndaşlarından biri polisə şübhəli gəlib, və hüquq-mühafizə orqanlarının əməkdaşları ondan çamadanı açmağı xahiş ediblər.
Yoxlama zamanı çamadandan üç ay əvvəl Türkiyədən deportasiya olunan 38 yaşlı qadın çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az