Canəli Əkbərov Balayevin onun barəsində söylədiklərinə münasibət bildirib
Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı yaranan gərginlik daha da böyüyür.
Xalq artisti Rasim Balayev C.Əkbərov barəsində “Canəliyə o qədər ordenlər veriblər ki, o artıq qudurub” deyib.
Canəli Əkbərov AzNews.az-a açıqlamasında onun ünvanına təhqir yağdıranların özlərinin qudurğan olduğunu vurğulayıb:
“Onu mənim ünvanıma deyənlərin özləri qudurub. Mən bununla bağlı daha heç nə demək istəmirəm”.
Xatırladaq ki, xanəndə Canəli Əkbərov muğam televiziya müsabiqəsinin münsiflər heyətində təmsil olunmadığına görə Xalq artistləri - Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılovun ünvanına ağır və təhqiredici ifadələr işlədib.
Mənbə:> AzNews.az