Məşhur qətldəki maşının nömrəsi satışa çıxarıldı » AzNews.info -Xəbər portalı

Məşhur qətldəki maşının nömrəsi satışa çıxarıldı

Məşhur qətldəki maşının nömrəsi satışa çıxarıldı


Bir müddət əvvəl Qubada istirahət mərkəzində sevgilisi tərəfindən vəhşicəsinə qətlə yetirilən Könül Zalovanın avtomobilinin nömrəsi satışa çıxarılıb.

AzNews.info Femida.az-a istinadən xəbər verir ki, elanda nömrənin qiyməti 11 min manat dəyərində müəyyən olunub.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün 2016-cı il yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gedib.

Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E.Əhmədovla K.Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisədən sonra isə K.Zalovanın meyiti tapılıb. Ehtimal olunur ki, E.Əhmədov K.Zalovanı boğaraq öldürüb, daha sonra isə K.Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

Həyata keçirilən tədbirlər nəticəsində E.Əhmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: Femida.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *