Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü

Azərbaycandan olan cütlük Ukraynada yol qəzasında öldü


Avqustun 11-də Naqornoe kəndində Kiyev-Çop yolunda Lvov-Mukaçevo marşrutu üzrə hərəkət edən turizm avtobusunun BMW markalı avtomobil ilə toqquşması nəticəsində iki nəfər ölüb.

Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qəzada Azərbaycandan olan cütlük ölüb. Onların üç uşağı müxtəlif dərəcəli xəsarətlər alıb və hazırda xəstəxanadadırlar.

Turizm avtobusunun daha doqquz sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.

BMW markalı avtomobilin sürücüsü başqa avtomobili ötməyə çalışıb. Bu zaman avtobusla qarşı-qarşıya gəlib. Zərbədən minik maşını kənara düşüb. Avtomobil səddə çırpılaraq alışıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *