Azərbaycanlı aparıcının anası ağır yaralandı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Azərbaycanlı aparıcının anası ağır yaralandı

Azərbaycanlı aparıcının anası ağır yaralandı


1Xəbər.com xəbər verir ki, dünən Kürdəmir rayon Xaldan yolunda ağır avtomobil qəzası baş verib. Nəticədə ATV-nin aparıcısı Vüsalə Kərimovanın atası Nazim bəyin idarə etdiyi avtomobil qarşıdan gələn və idarəni itirən Mercedec markalı minik avtomobilindən qaça bilmədiyindən ağır yol qəzası baş verib.

Qəza nəticəsində aparıcının anası Güləndam xanım ağır yaralanıb, sağ ayağı bud sümüyündən qırılıb.

Qarşı tərəfdən gələn avtomobilin 4 sərnişindən biri isə elə hadisə yerindəcə dünyasını dəyişib. Sərnişinlər və sürücü alkoqolun qurbanı olublar.
Hadisə haqda məlumat verən teleaparıcı Vüsalə Kərimova valideynlərinin iyulunun 9-u axşam - 18:00 radələrində Qaxdan Gəncəyə yola düşdüklərini, onların maşınını vuran qarşı tərəfin isə Gəncədən Bərdəyə getdiklərini dedi. Ayağı sınan Güləndam xanıma Yevlax rayon xəstəxanasında ilk tibbi yardım göstəriləndən sonra Bakıya gətirilib. Sabah isə Bakının özəl klinikalarının birində sınan sağ ayağa mil qoymaq məqsədi ilə əməliyyat keçiriləcək.
Allah şəfa versin!

Mənbə: 1xeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *