DİN səs-küylü cinayətlə bağlı məlumat yaydı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

DİN səs-küylü cinayətlə bağlı məlumat yaydı

DİN səs-küylü cinayətlə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub.

Hadisə zamanı istifadə edilən “Revolver” tipli tapança və 5 ədəd patron götürülüb.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *