Paytaxtda qadına qarşı zor tətbiq edildi
Bakıda axtarışda olan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, fevralın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Zemfira Quliyevaya zor tətbiq edərək içərisində 38 manat və 2 ədəd mobil telefon kartı olan pul kisəsini oğurlayıb.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Salyan rayon sakini Ramil Səfərov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az