PKK Azərbaycanın ixrac qaz kəmərini belə partlatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya, Video

PKK Azərbaycanın ixrac qaz kəmərini belə partlatdı – VİDEO

PKK Azərbaycanın ixrac qaz kəmərini belə partlatdı


PKK terror təşkilatı bu gün öz internet saytında Azərbaycanın əsas ixrac qaz kəməri olan Bakı-Tiflis-Ərzurum kəmərinin Türkiyədən keçən hissəsində ötən həftə törətdiyi partlayışın videokadrlarını yayıb.

Virtualaz.org saytı xatırladır ki, bu, PKK-nın kəmərdə son bir ayda törətdiyi ikinci partlayış idi. Terror təşkilatı ilə Türkiyə arasında atəşkəs razılaşmasının pozulmasının ardınca PKK avqustun əvvəlində Bakı-Tiflis-Ərzurum kəmərində ilk partlayış törədib.

Ötən həftə isə kəmər yenidən partladılıb. Həmin vaxt BP “Şahdəniz” yatağında işləri profilaktik tədbirlər üçün müvvəqəti dayandırdıqdan sonra qaz hasilatını yenicə bərpa etmişdi və bu səbəbdən partlayış kəmərin işinə ciddi təsir göstərməyib.

Ancaq PKK tərəfindən yayılan kadrlardan görünür ki, kürd terrorçuları partlayışın baş verəcəyi nöqtəni əvvəlcədən videokameranın hədəfinə alırlar və partlayış anı kadrlarda əks olunur. Güclü partlayışdan bir neçə saniyə sonra kəmərdə qaz alışır və güclü alovlar havaya qalxır. Təxminən 10 dəqiqləlik videoda kəmərdə partlayışın nəticəsi olaraq təbii qazın necə yandığı əks olunur.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *